50 yaşında ana olan “qara pantera”: “Ən böyük nailiyyətim qızım oldu” - FOTO

16-02-2022, 09:02           
50 yaşında ana olan “qara pantera”:
Supermodel, “qara pantera” ləqəbi ilə dünyaya səs salan Naomi Kempbell dünyaya uşaq gətirməsini həyatındakı ən böyük nailiyyəti adlandırıb.

O, ana olmaq planları barədə yaxın ətrafından sadəcə bir neçə nəfərə bəhs etdiyini bildirib.

“Uşağımın olacağını bilənlərin sayı bir əlin barmaqları qədər ola bilərdi. O, mənim təsəvvür edə biləcəyim ən böyük nemətdir. İndiyə qədər etdiyim ən yaxşı şey ana olmaqdır”, - deyə supermodel qeyd edib.

51 yaşlı Naomi Kempbell övladının adını açıqlamaqdan imtina edib və uşağın bioloji anası olduğunu vurğulayıb.

Mənbə: Vogue












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.