Alişanla Buse Varolun boşanma səbəbi təəccüb doğurdu: Tortun şəkli, mülk məsələsi...

16-02-2022, 10:25           
Alişanla Buse Varolun boşanma səbəbi təəccüb doğurdu: Tortun şəkli, mülk məsələsi...
Türkiyəli məşhur müğənni Alişan və aktrisa həyat yoldaşı Buse Varolun boşanmaları şou-biznes gündəmindədir.

Cütlük qızları Elizin ilk ad gününü ayrılıqda qeyd etmələri ilə aralarında soyuq yellər əsdiyini bir daha sübut etmişdilər.

Son iddialara görə, Alişan qızının ad günü tortunun üstünə ölən qardaşı Selçuk Tektaşın fotosunun qoyulmasını istəyib. Buse Varol isə qəbul etməyib və deyib ki, bunu ailə arasında ad günü qeyd olunarkən edə bilərlər.

Digər iddia isə Buse Varolun Alişandan uşaqlarının adına ev almağını istəməsidir.

Bütün mülkiyyətini anasının adına keçirən Alişandan arvadının belə bir şey istəməsi qayınanasının qulağına çatanda ailədaxili münasibətlər gərginləşib.

Mənbə: A Haber












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.