“Çip və Deyl” haqqında filmin ilk treyleri yayımlandı - VİDEO
16-02-2022, 09:21
“Disney” studiyası Çip və Deyl adlı sincabların macaralarından bəhs edən populyar cizgi filmi əsasında yeni kinofilminin ilk terylerini yayımlayıb.
Filmin süjetinə görə “Çip və Deyl köməyə tələsir” bir vaxtlar sincablar və onların dostlarının rol aldığı bir şou idi. Lakin sonra proqram ləğv edildi və Çiplə Deyl ayrıldı.
İllər sonra onlar yenidən görüşüb nostalji tura çıxmaq qərarına gəlirlər. Lakin bu zaman dostlarından biri itkin düşür və sincaplar onu axtarmağa yollanırlar.
Qeyd edək ki, filmin münayişinə mayın 20-də “Disney+” onlayn kinoteatrında start veriləcək.