Oğuzhanın “milyonluq” evlilik təklifinin detalları
17-02-2022, 08:25
Türkiyəli müğənni Oğuzhan Koç qısa bir ayrılıqdan sonra sevgilisi, aktrisa Demet Özdemirlə barışaraq ona evlilik təklif etmişdi.
Teref.az olay-a istinadən xəbər verir ki, gecənin detalları barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilir ki, Oğuzhan təklif üçün İstanbulun Sarıyer səmtində məşhur hotellərdən birinin ən lüks otağını seçib. Otağın bir gecəlik qiyməti 82 min lirədir. Amma məsrəf bununla yekunlaşmayıb. Boğaz mənzərəli otaq Demetə özəl şəkildə bəzədilib.