Bir zamanlar Türkiyə podyumlarının məşhur siması olan Firdevs Alkan müəmmalı şəkildə ölüb.
Bu barədə jurnalist Burhan Akdağ məlumat yayıb.
Alkan səhər saatlarında Bodrumdakı evində ölü tapılıb.
İddiaya görə, dostları ilə şəhərdə görüşdükdən sonra gecə saatlarında evə gələn keçmiş model divana uzanıb. Onun hərəkətsiz halda olduğunu və danışmadığını görən yoldaşı tibb işçilərinə və polisə xəbər verib. Hadisə yerinə gələn səhiyyə işçiləri onun həyatını itirdiyini bildiriblər.
Alkanın meyiti müayinə edilmək üçün tibbi ekspertizaya göndərilib. yenicag