Rasim Balayev tərkibi təsdiq etdi: - Yeni katib kimdir?

23-06-2022, 17:14           
Rasim Balayev tərkibi təsdiq etdi: - Yeni katib kimdir?
Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) İdarə Heyətinin sədri Rasim Balayev qurumun katibliyinin tərkibini təsdiq edib.

AKİ-dən verilən məlumata görə, sədr ictimai birliyin nizamnaməsinin 6.12-ci maddəsinə əsaslanaraq bu addımı atıb.

Katibliyin əvvəlki tərkibi saxlanılıb, rejissor, Əməkdar İncəsənət xadimi, İdarə Heyətinin üzvü Mirbala Səlimli katib seçilib.

Qeyd edək ki, İdarə Heyətinin katibliyinin tərkibində Anar Rzayev, Cəmil Fərəcov, Baba Vəziroğlu, Əli İsa Cabbarov, Oleq Səfərəliyev, Həmidə Ömərova, Mirbala Səlimli təmsil olunur. //Teleqraf.com//












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru