Valeriya səhnədə üzü üstə gəldi - VİDEO

27-06-2022, 00:10           
Valeriya səhnədə üzü üstə gəldi - VİDEO
Putin tərəfdarı müğənni Valeriya səhnədə biabır olub.

Məşhur müğənni Valeriya Rusiya televiziyası üçün çəkiliş zamanı səhnədə yıxılıb.
Hadisənin videosu onun Facebook səhifəsində yayılıb.

54 yaşlı müğənni pilləkənlərlə enərkən qəfil büdrəyərək yıxılıb və tamaşaçıları həyəcanlandırıb.

Sosial şəbəkədə baş verənləri şərh edən Valeriya bunu Novosibirskdə liturgiya zamanı yıxılan Rus Pravoslav Kilsəsinin Patriarxı Kirilə “həmrəyliyin təzahürü”, “fləşmob” adlandırıb.

“Amma ciddi desəm, bu mənim başıma ilk dəfədir ki, gəlir. Səhnədə heç vaxt yıxılmamışam. Yeni televiziya proqramı çəkirdilər. Döşəmə qaranlıq, parlaq, pilləkənlərin kənarları görünməz idi. Növbəti dəfə daha diqqətli olacağam. Narahatlıq keçirən hər kəsə təşəkkür edirəm”, – müğənni bildirib.

Qeyd edək ki, Valeriya Rusiyanın Ukraynaya qarşı təcavüzünü dəstəkləyən sənətçilərdəndir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru