Yarıçılpaq qızların “Katyuşa” mahnısına oriyental rəqsi rusları QƏZƏBLƏNDİRDİ - VİDEO

28-06-2022, 19:31           
Yarıçılpaq qızların “Katyuşa” mahnısına oriyental rəqsi rusları QƏZƏBLƏNDİRDİ - VİDEO
Rusiyada rəqqasələrin “Katyuşa” mahnısına oriyental rəqs etməsi rusları qəzəbləndirib.

KONKRET.az xəbər verir ki, Petrozavodskda “Katyuşa” hərbi mahnısına milli baş geyimlərində olan qızlar oriental rəqs ifa ediblər. Bundan qəzəblənən vətəndaşlar meriyadan cavab tələb ediblər.

Qeyd olunur ki, Şəhər Gününün qeyd olunması çərçivəsində başlarında kokoşniklər (milli baş geyimi) ilə oriyental geyimdə olan rəqqasələr “göbək” rəqsi ifa ediblər.

Bu hadisə şəhər əhalisini hiddətləndirib. Yerli sakinlər qeyd ediblər ki, orduya aid hərbi mahnılara belə rəqslər uyğun deyil. Dəhşətli dərəcədə qəzəblənən sakinlər meriyadan nə baş verdiyini araşdırmağı xahiş ediblər.

Qeyd edək ki, bundan bir müddət əvvəl Yekaterinburqda orta məktəb şagirdləri “LGBT rəqsi” edib və bundan sonra yoxlamalar başlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.