Türkiyənin məşhur aktyoru son görünüşü ilə hər kəsi təəccübləndirdi - FOTO

2-07-2022, 11:04           
Türkiyənin məşhur aktyoru son görünüşü ilə hər kəsi təəccübləndirdi - FOTO
Türkiyədə “Geniş ailə” serialındakı rolu ilə tanınan aktyor və şoumen Ufuk Özkan son görünüşü ilə hər kəsi təəccübləndirib.

Bu barədə “Haber Global” xəbər yayıb.

Belə ki, aktyor 17 kq arıqlayıb. O, “Ah Be birader” və “Kadın Kafası” filmləri üçün idmanla bu qədər çəki itirib.

Özkanın yeni görünüşü sosial şəbəkə istifadəçiləri tərəfindən çox bəyənilib.

Qeyd edək ki, Ufuk Özkan “Geniş aile Komşu Kızı”, “Milyonluk Kuş”, “Beyzanın kadınları”, “Güzel ikili” və s. filmlərdə iştirak edib, həmçinin “Aileler Yarışıyor”, “Ben Bilmem Eşim Bilir” verilişlərinin aparıcısı olub.


















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru