Ərəb şahzadəsi ilə adı hallanan amerikalı aktrisa ərə gedib

3-07-2022, 01:36           
Ərəb şahzadəsi ilə adı hallanan amerikalı aktrisa ərə gedib
Amerikalı aktrisa Lindsi Lohan iyulun 2-də, 36-cı ad günündə sosial şəbəkədə maliyyəçi Bader Şammasla evli olduğunu bildirən paylaşım edib.

"Ölkə.az" xəbər verir ki, aktrisa dünyanın ən xoşbəxt qadını olduğunu yazıb və Şammasın onun əri olmasından heyrətləndiyini qeyd edib.
Bir neçə gün əvvəl o, nişanlandığını elan edib. Paylaşımda 35 yaşlı məşhur sevgilisi ilə ağ-qara və rəngli iki romantik foto yerləşdirib və bu fotoların altında “Sevgilim. Mənim həyatım. Mənim ailəm. Mənim gələcəyim." ifadələri qeyd olunub. Şəkildə onun iri brilyant qaşlı nişan üzüyü diqqət çəkib.

Əvvəllər media aktrisanın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səudla münasibəti haqqında yazmışdı. Bundan əlavə, Lohan rus əsilli britaniyalı iş adamı Yeqor Tarabasovla da münasibətdə olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru