Burak Özçivitin barəsində məhkəmə qərar verdi

6-07-2022, 09:44           
Burak Özçivitin barəsində məhkəmə qərar verdi
Türkiyəli məşhur aktyor Burak Özçivit rol aldığı “Kuruluş Osman” serialının çəkilişləri zamanı oradakı işçiləri təhqir etməsi iddiası ilə mühakimə olunub.

Prokuror onun 3 ay 15 gündən 4 il 1 ay müddətinə qədər azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə təqsirləndirilən şəxsin qəsdən törətdiyi cinayətə görə əvvəllər məhkumluğunun olmadığını və iddianamədə mənfi münasibət və davranışların olmamasını, təqsirləndirilən şəxsin yenidən cinayət törətməyəcəyi ilə bağlı müsbət rəyin olmasını nəzərə alaraq hökmün elan edilməsinin təxirə salınmasına qərar verib.

Özçivit 3 min lirə (303 AZN) cərimə olunub.

Mənbə: İHA












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru