İllər sonra gələn etiraf: “Hülya mənə əsgərlikdə olarkən xəyanət etdi” - FOTO

7-07-2022, 12:04           
İllər sonra gələn etiraf:
Türkiyəli müğənni Coşkun Sabah illər öncə eşq yaşadığı həmkarı Hülya Avşarla bağlı etirafı ilə gündəmə gəlib.

Coşkun Sabah, Hülya Avşarın əsgərlikdə olarkən onu köhnə futbolçu Tanju Çolakla aldatdığını bildirib.

“Əlbəttə kədərlənirəm, çox peşman oldum. Hansı insan kədərlənməz? Hülya mənə əsgərlikdə olarkən xəyanət etdi. Əsgərlikdən sonra üz-üzə görüşmək istəmədim. Bu heç də asan deyil”, - deyə Coşkun əlavə edib.

O, xəyanətdən sonra Hülya Avşarı bağışladığını da dilə gətirib.

Qeyd edək ki, Hülya Avşar bir zamanlar sevgilisi olduğu Coşkun Sabah əsgərliyə getdikdən sonra evli və körpəsi olan futbolçu Tanju Çolakla eşq yaşayıb.

Məhəllə camaatının Tanju Çolak və Hülya Avşarın bir-birinin ardınca bir mənzilə girdiklərini jurnalistlərə bildirmələrindən sonra həqiqət üzə çıxdı.


Mənbə: Haber Global












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru