“Spice Girls” “Qırmızı bibər”in 50 illik yubileyi üçün yenidən birləşəcək

8-07-2022, 10:34           
“Spice Girls” “Qırmızı bibər”in 50 illik yubileyi üçün yenidən birləşəcək
2022-ci ildə Londonda keçiriləcək Olimpiya Oyunlarının bağlanış mərasimindən sonra “Spice Girls” qrupu ilk dəfə yenidən bir araya gələcək və “Qırmızı Bibər” - Cerri Hornerin 50 illik yubiley mərasimində çıxış edəcək.

Cerri Horner “Spice Girls”də olan həmkarları Emma Banton, Melani Braun, Melani Çizholm və Viktoriya Bekhemi sentyabr ayında dəbdəbəli ad günü tədbirinə dəvət edib. Bayram Devid və Viktoriya Bekhemin Kotsuolddakı evinin yaxınlığındakı Oksfordşird malikanəsində keçiriləcək.

“Bu, Cerrinin ən yaxın dostlarının dəvət olunduğu heyrətamiz bir axşam olacaq. Biz “Spice Girls” qrupunun birlikdə səhnəyə çıxmasını və “Wannabe” mahnısını oxumasını planlaşdırırıq”, – deyə mənbə nəşrə bildirib.

“The Spice Girls” sonuncu dəfə 2019-cu ildə Böyük Britaniya və İrlandiya turu çərçivəsində çıxış etmişdi. O zaman Viktoriya Bekhem şəxsi durumunu əsas gətirərək həmkarlarına qoşula bilməmişdi.

Mənbə: Gazeta.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.