"Bir gün hərəkət edə bilmədiyimi hiss etdim" - Cenniferdən etiraf

12-07-2022, 08:24           
"Bir gün hərəkət edə bilmədiyimi hiss etdim" -
52 yaşlı amerikalı müğənni və aktrisa Cennifer Lopez gəncliyində yaşadığı panik ataklardan danışıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, aktrisa 20 yaşında panik atak keçirdiyini etiraf edib.

Onun sözlərinə görə, o, özünü "fiziki cəhətdən iflic" hiss edib və problem bədənin yorğunluğundan yaranıb.

“Gecə 3-5 saat yatdığım vaxtlar olub. Bütün günü çəkilişdə olurdum, gecələr studiyada işləyirdim, həftə sonları isə ezamiyyətlərə gedirdim, videolar çəkirdim. Təxminən 20 yaşım var idi və özümü yenilməz hesab edirdim”- deyə müğənni bildirib.

O qeyd edib ki, bir gün hərəkət edə bilmədiyini hiss edib. Ardınca görmə qabiliyyətinin də zəifləməsi Lopezin qorxularını artırıb.

Həkimlər müğənniyə həyat tərzini yenidən gözdən keçirməyi, xüsusən də yuxu rejimini nəzərətdə saxlamağı, kofeindən imtina etməyi və idmanla məşğul olmağı tövsiyə ediblər. O vaxtdan bəri Cennifer sağlamlığına daha diqqətli yanaşır.

“Mən bədənimin ehtiyaclarını və psixoloji durumumu gözardı etməyin ciddi nəticələri ola biləcəyini başa düşdüm. Beləcə sağlam həyat tərzinə gedən yolum başladı”, - Lopez qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru