"Xərçəng olduğumu eşidəndə..." - Məşhur müğənni

12-07-2022, 09:27           
"Xərçəng olduğumu eşidəndə..." -
“Mən çox ağır xəstəlik keçirdim. Heç kimə də demədim. Çünki o vaxt hamı depressiyada idi. Mən bunu ailəmdən də gizlətdim. Xərçəng olduğumu ilk eşidəndə danışa bilmədim və özümə qapandım”.

Teleqraf.com xəbər verir ki, bu sözləri məşhur türkiyəli müğənni Hande Yener mətbuata müsahibəsində deyib.

“Sinəmdə bərk bir kütlə hiss etdim. Xəstəxanaya getdim, tomoqrafiyalar çəkildi. Həkimin nəticəyə baxıb “Fəlakət” dediyini eşitdim, çox pərişan oldum. Nəticələri götürüb otaqdan çıxdım. Dəli kimiydim. Mişa məni maşında gözləyirdi. Yadımdadır, ona "Mən ölürəm" dedim. Sonra başqa həkimlə danışdım və o mənə “Erkən diaqnoz həyat qurtarır” dedi. Onun dediyi kimi oldu. Şükürlər olsun ki, sağlamlığıma qovuşdum”,- deyə Yener qeyd edib.

Müğənni həyatında yaşadığı hər çətinliyin onun üçün imtahan olduğunu bildirib: “Hər şeyi yaşamağımızın bir səbəbi var. Başımıza gələnləri qəbul etməli və həyata yenidən möhkəm bağlanmalıyıq. Həyatımda kaş yaşamasaydım, deyəcəyim bir şey yoxdur. Mən inanıram ki, hər şey Allahın bir imtahanıdır. Bütün təcrübələrimi cibimə qoyub gələcəyimə doğru addımlayıram”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru