“Sizi adınızla çağıracağam, “civi”lər və “manıs”lar!” — Səidə Sultan

14-07-2022, 00:06           
“Sizi adınızla çağıracağam, “civi”lər və “manıs”lar!” —
"Ey bayağı oxuyan "civi"lər və "manıs"lar, siz Azərbaycanı sevmirsiniz. Sizin kimiləri ancaq pul maraqlandırır. Necə ki, insanların haqqını yeyən, onların cibinə girib sərvətini yeyən, kasıblığa, ölümə sürükləyən zalımlardan heç bir fərqiniz yoxdur".

TEREF olay-a istinadən xəbər verir ki, bu sözləri müğənni Səidə Sultan sosial media hesabında yazıb. O, bayağı mahnılar oxuyan ifaçılar yenə də tənqid edib, onları Azərbaycanı sevməməkdə günahlandırıb:

"Siz "civi"lər də bayağı oxuyub, sadəcə silahsız şəkildə insanların zövqünü zəhərləyib onlardan ən asan yolla pul qazanırsınız. Bu arsızlıqla da özünüzü böyük biri hesab edirsiniz. Azərbaycan musiqisinin düşmənləri sizsiniz. "Civi"lər və "manıs"lar, bundan sonra sizi adınızla çağıracağam, pul xətrinə Azərbaycan musiqisinə xələl gətirən "civi"lər və "manıs"lar".

Qeyd edək ki, sənətçi ötən günlərdə də sözügedən ifaçılarla bağlı açıqlama vermis, həmkar Şəbnəm Tovuzluyla qalmaqal yaşamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru