Trampın əfv etdiyi reper yenidən həbs olundu

18-07-2022, 11:44           
Trampın əfv etdiyi reper yenidən həbs olundu
ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən əfv edilən reper Kodak Blek yenidən ABŞ-ın Florida ştatında həbs edilib.

Məlumata görə, polis onun avtomobilini yoxlamaq üçün saxlayıb.

Yoxlama zamanı məlum olub ki, musiqiçinin sürücülük vəsiqəsinin və avtomobilin sənədlərinin müddəti bitib. Şüşələri isə qanunla icazə veriləndən daha çox rənglənib.

Avtomobildə həmçinin bir qutu asılılıq yarada bilən ağrıkəsici tapılıb.

Xatırladaq ki, 2019-cu ilin noyabrında Kodak Black qanunsuz silah əldə etdiyinə görə üç ildən çox müddətə azadlıqdan məhrum edilmişdi. Donald Tramp prezidentliyinin son günündə reperi mədəniyyət və cəmiyyətə xidmətlərinə görə əfv edib.

Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru