Əri qətlə yetirilən tanınmış aparıcı qaynı tərəfindən şantaj edilir - FOTO
19-07-2022, 08:40
Aparıcı və aktrisa Ece Erken sosial şəbəkədə yeni paylaşım edib.
Sfera.az xəbər verir ki, bu ilin əvvəlində vəkil həyat yoldaşı Şafak Mahmutyazıcıoğlunu itirən aparıcı ərinin qardaşı tərəfindən şantaj edildiyini bildirib:
"Qardaşının var-dövlətinə əl qoymusan, onun qatillərinin arxasınca 1 saniyə belə düşmədin. Qapımın qarşısındakı təhlükəsizlik kameralarının görüntüsünü hansı haqla aldırmısan? Mənim özümdən şübhəm yoxdur. İndi Şafak necə əzab çəkir. Mən hamınızla təkbaşına mübarizə aparacağam. Həyat yoldaşım indi mənimlə fəxr edir".
Qeyd edək ki, vəkil Şafak Mahmutyazıcıoğlu Bakıköy adlı ərazidəki restoranlardan birində naməlum şəxslərin hücumuna məruz qalıb. 7 güllə yarası alan Mahmut xəstəxanaya aparılsa da, çoxlu qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb.