“The Chainsmokers” kosmosda çıxış edən ilk qrup olacaq
20-07-2022, 10:24
“The Chainsmokers” musiqi qrupu kosmosda konsert verəcək ilk duet olacaq.
Endryu Taqqart və Aleks Poll cütlüyü 2024-cü ildə kosmosda çıxış edəcək.
Musiqiçilər artıq müvafiq müqaviləyə imza atıblar. Onlar kosmik turizmi şirkəti olan “World View” tərəfindən təşkil olunacaq ilk uçuşlardan birində iştirak edəcəklər.
Konsert üçün qrup üzvləri hava keçirməyən kapsula yerləşdiriləcəklər.