“Game of Thrones”un aktrisası xəstəliyindən danışdı: “Beynimin bəzi hissələrini itirmişəm”

20-07-2022, 10:54           
“Game of Thrones”un aktrisası xəstəliyindən danışdı: “Beynimin bəzi hissələrini itirmişəm”
2011-2019-cu illər arasında yayımlanan “Game of Thrones” serialının ulduzu Emilia Klark ilk dəfə xəstəliyi ilə bağlı təfərrüatları açıqlayıb.

Emiliya Klark iki dəfə beyin anevrizması keçirdikdən sonra yaşadıqlarından danışıb.

Klark bu xəstəlikdən sonra hələ də danışa bildiyini qeyd edib və bunu bacaran nadir insanlardan biri olduğunu diqqətə çatdırıb.

Serialda Daenerys Targaryen obrazını canlandıran Klark 2011-ci ildə iki dəfə beyin anevrizması keçirdiyini və sağ qalmaq üçün beyin əməliyyatı olunduğunu deyib.

Ölümlə üz-üzə qalmasına səbəb olan xəstəliyini hər kəsdən gizlətdiyini etiraf edən aktrisa serialın çəkilişlərində keçirdiyi çətin zamanları xatırlayıb.

“Bu müddətdə çox perspektiv qazanırsınız. Beynimin artıq istifadə olunmayan hissələri var və bu, məni çox güldürür”, - deyə Klark bildirib.

Aktrisa yaşadıqlarının artıq əvvəlki kimi onu təsir altına almadığını qeyd edib.

“Həmişə yaxşı yaddaşım olub. Bu, mənim aktyor kimi ən böyük istedadımdır. Bu müddətdə mən onu daim sınaqdan keçirdim və itirməkdən qorxdum”, - deyə Klark əlavə edib.

Mənbə: Haber Global












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.