Məşhurlar həbs olunan Gülşənə belə dəstək oldular - Fotolar

26-08-2022, 10:43           
Məşhurlar həbs olunan Gülşənə belə dəstək oldular - Fotolar
Xəbər verdiyimiz kimi, Türkiyənin məşhur müğənnisi Gülşən Çolakoğlu həbs edilib. Gülşən haqqında İmam Hatip tərəfdarlarını hədəf alan sözlərindən sonra həbs qərarı verilib.
Yeniavaz.com xəbər verir ki, Türkiyənin bir çox məşhur sənət adamları Gülşənin həbs qərarına qarşı çıxıb və müğənniyə dəstəklərini ifadə ediblər.
Aktyor Selçuk Yöntem Gülşənin həbsini ədalətli hesab etmədiyini bildirib:
“Hüququn siyasi düşüncələrə uyğun formalaşdığı ölkəmizdə həbs olunması lazım olan onlarla insan “nə də olsa, mənə bir şey olmaz” rahatlığı ilə gəzərkən, bir sənətçinin düşüncəsindən dolayı mühakimə və həbs olunmasını “ədalət”li hesab etmirəm”.

Türkiyəni Avroviziya mahnı müsabiqəsində təmsil etmiş müğənni Hadise Gülşənin həbsini digər cinayət hadisələri ilə müqayisə edib:
“Hamımız insanıq. Yanlışlar və xətalara yol verə bilərik, çünki insanıq. Üzr istəmək ləyaqətdir, üzr də istənildi. Sizə sual verirəm, qadınları vəhşicəsinə öldürən, “iki ay yatıb çıxaram” deyən adamları, uşaqlarının yanında həyat yoldaşını döyən adamları bu gün Gülşənin həbs olunduğu kimi həbs etsəydilər, neçə qadın bu gün həyatda olardı?”

Müğənni Sıla Gençoğlu da bu sözlərlə hadisəyə reaksiya verib:
“Ədalət hər kəsə lazımdır, həmişə lazımdır və hər kəsə bərabər lazımdır. Həbs olunmaq nədir?”

Müğənni Göksel hadisənin aylar öncə olmağına diqqət çəkib:
“Aylar öncə deyilmiş bir cümlə üzündən həbs olunmaq? Bu heç ədalətli deyil. Ədalət hər kəsə eyni davranmaq deyilmi? Qaldı ki, Gülşənə, o, üzr istədi. Çox üzülmüşəm”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.