Rep ulduzu mədə əməliyyatından sonra dünyasını dəyişdi

29-08-2022, 10:17           
Rep ulduzu mədə əməliyyatından sonra dünyasını dəyişdi
Ötən il arıqlamaq üçün mədəsindən əməliyyat keçirən gənc nəsil rep sənətçisi Səlim Murandan dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, kədərli xəbəri rep musiqisinin məşhur səsi Fuat Ergin açıqlayıb.

Türk Rep musiqisinə adını yazdırmağı bacaran Səlim Muranın çəkisi səbəbindən səhhətində problemlər yaranıb. Muran mədə əməliyyatı edərək tez bir zamanda arıqlamaq istiyib. Lakin əməliyyatdan sonra Muranın səhhətində problemlər günü-gündən artıb. Damarlarında laxta yığılması diaqnozu ilə xəstəxanaya yerləşdirilən sənətçi dünyasını dəyişib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.