Eddi Mörfi məşhur obrazını yenidən canlandıracaq

31-08-2022, 09:54           
Eddi Mörfi məşhur obrazını yenidən canlandıracaq
“Beverli Hills Polisi” franşizasının dördüncü hissəsinin hazırlanmasına başlanılıb.

Aksell Fouli obrazını canlandırmaq üçün baş rol ifaçısı Eddi Mörfi layihəyə qayıdıb.

Filmin prodüseri də aktyor özü olacaq.

Ekran əsəri “Beverli Hills Polisi: Aksell Fouli” adlanır. Filmin rejissoru Mark Molloydur. Aktyor heyətinə Teylor Peyc və Cozef Qordon-Levitt də qatılıblar. Film “Netflix”də yayımlanacaq.

Qeyd edək ki, “Beverli Hills Polisi” filminin ilk hissəsi 1984-cü ildə ekranlara çıxıb. O, ən yaxşı ssenari üzrə “Oskar”, həmçinin ən yaxşı film və ən yaxşı aktyor nominasiyalarında “Qızıl Qlobus” mükafatına namizəd olub.

Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru