Rusiyalı məşhur müğənni sevgilisinin xəyanətini eşidib insult keçirtdi - FOTO

1-09-2022, 10:44           
Rusiyalı məşhur müğənni sevgilisinin xəyanətini eşidib insult keçirtdi - FOTO
Rusiyalı müğənni və model Anna Kalaşnikova sevgilisinin xəyanət etdiyi ilə bağlı şayiələrdən sonra halı pisləşib, o, insult şübhəsi ilə təcili olaraq xəstəxanaya yerləşdirilib.

Bundan əvvəl sosial şəbəkədə Kalaşnikovanın üç il münasibətdə olduğu sevgilisi bankir İvan Semyonovun Rusiyada tanınmış aparıcı, müğənni, aktrisa və dizayner Olqa Buzova ilə tədbirlərin birində səmimi görüntüləri yayılıb. Bundan əlavə, Semyonovun ona milyonlarla qiyməti olan hədiyyələr verdiyi öyrənilib.

Məlumata görə, Kalaşnikova yaşananların fonunda depressiyaya düşüb, bu gün isə Moskvada xəstəxanaların birinə yerləşdirilib.

“Təzyiqi çox düşüb. Hələ ki, müayinədədir. Daha sonra ətraflı məlumat olacaq”, - deyə artistin qardaşı Konstantin Kalaşnikov bildirib.



Mənbə: Pro Zvezd












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru