"İnsultdan sonra 300 botoks iynəsi vurdurdum" - Məşhur aktrisa
4-09-2022, 09:56

Dünyaca məşhur aktrisa Şeron Stoun ərəblərin “Vogue” jurnalının sentyabr buraxılışının özəl qonağı olub.
Teleqraf.com xəbər verir ki, 64 yaşlı aktrisa jurnalın üz qabığı üçün kamera önünə keçib. Aktrisanın həm şəkilləri, həm də fikirləri maraqla qarşılanıb. O yaşlanma əleyhinə prosedurlara münasibəti, bikinili fotolarından danışıb.
Stoun etiraf edib ki, 2001-ci ildə keçirdiyi insult onu estetik müalicələrinə baxışlarını dəyişməyə məcbur edib.
300 botoks və dolğu iynəsi...
“Elə vaxtlar olub ki, şöhrətimin zirvəsində botoks, dolğu və başqa prosedurlar etmişəm. Sonra insult və beyin qanaması keçirdim, üzümün yarısını əvvəlki hala gətirmək üçün 300-dən çox botoks və dolğu iynəsi vurdurmağa məcbur oldum. Artıq o zaman estetik əməliyyat sevimli və rahatladıcı prosedurdan ağrılı nevroloji ehtiyaca çevrildi”- deyə aktrisa bildirib.
Stoun bir vaxtlar özündən yaşca kiçik bir kişi ilə münasibətdə olduğunu, o da ondan botoks etdirib- etdirmədiyini soruşduğunu deyib.
“Ona dedim ki, bu yəqin ki, sənin və mənim eqom üçün çox yaxşı olardı. Amma qısa müddətdən sonra münasibətlərimiz sona çatdı, çünki o artıq mənə marağını itirmişdi.
Mənə elə gəlir ki, hazırda həyatımın ən həyəcanlı və yaradıcı dövrünü yaşayıram. Özümü çox, çox xoşbəxt hiss edirəm. Mən heç vaxt bu qədər sevincli olmamışam”- Şaron etiraf edib.
Aktrisa ardınca əlavə edib:
“Mən özümlə rahatam və özümü təzyiq altında hiss etmirəm. Mənə elə gəlir ki, indi söyləyəcəyim fikirlə digər qadınlar da razılaşar. İndi bizim- qadınların özünü təzyin altında və məzlum hiss etməsi üçün nəhəng səylər göstərilir. Amma mənimlə bu oyun keçməz”.
45 yaşından sonra qadınların görünməz olurlar
Aktrisa qadın hüquqlarının itirilməsinə də diqqət çəkərək, yaş ayrımının və cinsiyyətçiliyin hökm sürdüyü dünyada 45 yaşından sonra qadınların görünməz hala gəldiyini bildirib.
“Buna görə də bikinili fotolarımı yayımlayıram. Hiss edirəm ki, qadınlar 45 yaşında ana olduqdan sonra görünməz olurlar və insanlar sənin yanından səni görmədən keçib gedirlər.

Şəxsi həyatı haqqında düşünən ulduz həmçinin etiraf edib:
“Düşünürəm ki, yoldaşım olsaydı, daha çox övladım olardı”.
Stounun üç övladlıq oğlu var. 2000-ci ildə Fil Bronşteynlə evli olarkən Roan Cozefi övladlığa götürən aktrisa boşandıqdan sonra daha iki oğlan uşağı götürdü: 2005-ci ildə Laird Vauhn və 2006-cı ildə Quinn Kelli.

