“Bəxt üzüyü”nün “Seda”sı ölümündən 22 gün sonra ABŞ-da dəfn olundu

7-09-2022, 09:24           
“Bəxt üzüyü”nün “Seda”sı ölümündən 22 gün sonra ABŞ-da dəfn olundu
Avqustun 15-də ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində ürəktutmadan vəfat edən azərbaycanlı müğənni-aktrisa Firəngiz Rəhimbəyova dəfn edilib.

“Qafqazinfo” xəbər verir ki, sənətçi Kaliforniyanın “Valley Oaks Memorial Park” məzarlığında dəfn olunub.

Qeyd edək ki, Firəngiz Rəhimbəyova ölümündən bir neçə gün əvvəl 62-ci yaşını qeyd edib.

F.Rəhimbəyova 1958-ci ilin avqust 5-i Bakıda anadan olub. “Bəxt üzüyü” filmində Seda obrazı ilə tanınan F.Rəhimbəyova ilk həyat yoldaşından boşandıqdan sonra 1993-cü ildən qızı Raisa ilə birlikdə ABŞ-ın Los-Anceles şəhərinə köçüb. Sənətçi 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. 2017-ci ildə Əməkdar artist Tahir İmanovun dəvəti ilə Bakıya gələrək “Bəxt üzüyü - 2” filmində yenidən Sevda roluna çəkilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru