Camalə rus jurnalisti alçaltdı - Video

16-05-2016, 17:17           

Avroviziya-2016 mahnı müsabiqəsinin qalibi, Ukraynanı təmsil edən Camalə rus jurnalistin sualını cavablandırmayıb.

Baku.vs bildirir ki, yarışmadan sonra keçirilən mətbuat konfransında jurnalistlərlə söhbət edən müğənni "Layf nyus" ("Lifenews") kanalının suallarını dinləməyib.

Müğənni "bunlar jurnalist deyillər" bildirib. Daha sonra Camaləni təmsil edən gənc oğlan jurnalistə yaxınlaşaraq suallara cavab verilməyəcəyini bəyan edib. Rus jurnalist israrla suallarına cavab almaq istəsə də, istəyinə nail ola bilməyib.

Qeyd edək ki, 32 yaşlı Camalə Avroviziya-2016-da Krım tatarlarının sovet illərində deportasiyasına həsr olunmuş "1944" mahnısını ifa edib. Bu müğənninin əsl ad və soyadı Susanna Alimovna Camaləddinovadır. Qırğızıstanın Oş şəhərində anadan olmuş Susannanın atası Krım tatarı Alim Ayyaroviç Camaləddinovdur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru