"Hər şey daxil"də növbəti biabırçılıq - Əkizlər bu dəfə də ... / VİDEO

16-05-2016, 23:15           
"Hər şey daxil"də növbəti biabırçılıq - Əkizlər bu dəfə də ... / VİDEO
"Xəzər" telekanalının ən reytinqli səhər verilişi olan "Hər şey daxil"də növbəti xoşagəlməz hadisə yaşanıb. teref.az BiG.AZ-a istinadən xəbər verir ki, verilişin aparıcıları rus dilində danışıblar. Artıq neçənci dəfədir ki, efirdə rus dilində sözlər, cümlələr işlədən aparıcı xanımlar ədəbi dil normalarını pozurlar.

Məsələ ilə bağlı Milli Televiziya və Radio Şurasının şöbə müdiri Təvəkkül Dadaşov isə BiG.AZ-a açıqlamasında bildirib ki, bu elə də ciddi qanun pozuntusu sayılmır:

"Efirdə verilişin məzmunundan, sujet xəttindən kənara çıxdıqda, tamaşaçıların qarşısında rus dilində danışmaq ciddi qanun pozuntusu sayılmır. Azərbaycan reallıqları da var ki, bizim leksikonumuza türk, rus dilindən ifadələr keçib. Aparıcılarımız istəməyərəkdən xarici dillərdə, daha çox rus dilində sözlər işlədir. Təkcə rus dilində deyil, türk, ingilis dilində də efirdə cümlələr işlədirlər. Bunlar xırda məsələlərdir. Amma elə hallar olur ki, verilişdə rus dilində sözlər lap çox işlənir. Belə hallar kütləvi şəkil halanda müdaxilə edirik, monitorinqlər aparılır. Amma tək-tək hallarda ciddi nöqsan hesab olunmur".

MTRŞ rəsmisi qeyd edib ki, əminik ki, aparıcılar bunu məqsədyönlü şəkildə etmir.

"Yenə də bütün aparıcılar efirdə Azərbaycan dilində danışmağa borcludur. Xırda çatışmazlıqlar olanda biz bunu anlayışla qarşılayırıq. Amma tövsiyə edirik ki, maksimum çalışıb efirdə Azərbayan dilində danışsınlar".
[media=https://www.youtube.com/watch?v=Z9aJsOFMVKA]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.