Parfum monopoliyası kimin əlindədir: “Azərbaycana daxil olan bütün ətirlərin işinə qızım baxır”
17-05-2016, 09:19
Əməkdar artist Ədalət Şükürov heç bir biznesinin olmadığını deyib. Axşam.az-ın məlumatına görə, müğənni “5/5” verilişində qızının biznesindən bəhs edib. İfaçı aparıcı Zaur Kamalın “Deyirlər, Ədalətin kafel-metlax mağazası, avtomobil salonu var və parfum işi ilə məşğuldur” sözlərinə belə cavab verib: “Evimə kafel lazım olanda, gedib mağazadan alıram. Allah deyənlərin ağzından eşitsin. Parfum işi ilə qızım məşğuldur. Azərbaycana daxil olan bütün ətirlərin işinə qızım baxır. Evimdə ətir var ki, 100 il yaşı var, onu suvenir kimi saxlayıram. Heç ağzını açmıram. Müğənninin biznesinin olması yaxşıdır. 9 il əvvəl iki şirkətim var idi, amma bağladım. Həm çatdırmırdım, həm də ehtiyacım yox idi. İndi düşünürəm ki, olsa yaxşıymış”. Qeyd edək ki, Ə.Şükürovun bir qız, bir oğlan övladı var.