Bakıda rejissor qadın kinotənqidçiyə hücum etdi – Qalmaqal

27-11-2022, 10:42           
Bakıda rejissor qadın kinotənqidçiyə hücum etdi – Qalmaqal
Tanınmış kinotənqidçi Sevda Sultanovaya rejissor Kamran Şahmərdan tərəfindən hücum olunub.

Baş verən insidentlə bağlı Globalinfo.az-a açıqlama verən Sevda Sultanova bildirib ki, aralarındakı gərginlik uzun müddət əvvəl başlayıb:

“Rejissor Kamran Şahmərdanın 2015-ci ildə lentə aldığı “Qatil” filmini sərt tənqid etmişdim. Və o tənqidi mənə bağışlamır. Daha bir səbəb isə zənn edirəm son zamanlar onun dostlarını tənqid etdiyim üçün də baş verə bilər. Bu gün isə mən Kamran Şahmərdanı həyatımda ilk dəfə idi görürdüm”.

Kinotənqidçi daha sonra əlavə edib ki, hazırda bu barədə hüquq-mühafizə orqanlarına yazılı müraciət edib.

Məlumat üçün bildirək ki, sözügedən hadisə zamanı rejissorun içkili olduğu bildirir.

Sevda Sultanovanın qardaşı Vüqar Sultanov Birinci Qarabağ savaşı zamanı şəhid olub.

Qeyd edək ki, rejissor Kamran Şahmərdan uzun müddətdir Finlandiyanın İmatra şəhərində yaşayır. “4.4 Qısa Tamaşalar Festivalı” çərçivəsində Bakıya gəlib.

Kinotənqidçi ilə rejissor arasındakı hadisə də bu gün axşam saatlarında festival çərçivəsində baş verib. Rejissor Kamran Şahmərdan Sevda Sultanovaya qarşı təhqiramiz ifadələr işlədərək hücum edib.

Bu barədə ilk xəbəri Kulis.az yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru