Əli Mirəliyevdən Telli Borçalı açıqlaması: - "Moskvada 50 yaşlı arvadlar 25 yaşlı oğlanlara..."
15-06-2016, 18:21
Qalmaqallı müğənni Əli Mirəliyev aşıq Telli Borçalının özündən 17 yaş kiçik oğlanla sevgi həyatı yaşaması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Əli Mirəliyev unikal.org-a açıqlamasında bu məsələnin son günlər çox şişirdildiyini qeyd edərək deyib ki, bu Telli Borçalının öz həyatıdır və buna kiminsə qarışması düzgün deyil: "Telli Borçalı heç vaxt ərə getməyib. Özüdə şou-biznes əhlidir. O, qoca kişiyə ərə gedən deyilki? Baxımlı bir xanımdı, ərə gedəcəyi oğlan da cavan olmalıdır da. Moskvada 50 yaşlı arvadlar 25 yaşlı oğlanlara ərə gedəndə heç kim heç nə demir. Bizimkilər isə həmən belə məsələlərə mənfi reaksiya verir. Mən Tellini çox istəyirəm və lazım gələcəksə toylarında da iştirak edəcəyəm."
Özünün qoca olduğunu deyən Əli Mirəliyev vurğulayıb ki, lazım gələrsə bundan sonra evlənəcəyi xanımın cavan və gözəl olmasını düşünürəm: "Mən qoca arvadı neyniyirəm ki? Onunla kukla-kukla oynayacam? Mənə lazımdır ki, cavan xanım olsun, onunla xoş bir həyat yaşayım".