Könül Kərimova: "Pəncərəmin altında mahnılarıma qulaq asırlar"
21-06-2016, 10:14
Tanınmış müğənni Könül Kərimova onu narahat edən insanlardan danışıb. Bu haqda o, Milli.Az-a bildirib:
"Evimə yeni köçəndə pəncərəmin altında mahnılarıma yüksək səslə qulas asırdılar. Bu, mənə xoş gəlsə də, bəzən narahat olurdum. Çünki vaxt, bivaxt bilmədən musiqinin səsini artırırdılar. Biz sənət adamları sakitçilik istəyirik. Ona görə də bu kimi hallar bizi narahat edir. Bir yandan da sevinirsən ki, səni sevirlər və dinləyirlər".