“Eurovision-2016” təmsilçimiz Səmra Rəhimlinin anası İlhahə Baxşıyeva qızından danışıb.
İ.Baxşıyeva S.Rəhimlinin tənqid olunmasına normal yanaşdığını deyib: “Biz bu cür tənqidlərə fikir vermirik. Hər zaman Səmraya da məsləhət verirəm ki, tənqidlərə əhəmiyyət verməsin. O da elə edir. Onun hələ ailə qurmasını hələ istəmirəm. Nə zaman ailə qurmaq istəsə, onun avropalı bir bəylə ailə qurmasını istərdim. Çünki ailə qurub, sənətdən uzaqlaşmasını istəmirəm. Hər şeyin öz vaxtı var. Hələ ki, bütün diqqətini sənətinə yönəldib”.
Fikirlərini bölüşən S.Rəhimlinin anası Lent.az-ın foto-kameraları önünə keçərək, şəkillər çəkdirib.