Ayrılıq xəbərləri yayılan məşhur aparıcı Xoşqədəm Hidayətqızı həyat yoldaşı, müğənni Doğuşla bağlı paylaşım edib.
TEREF.AZ-ın Lent.az-a istinadən məlumatına görə, aparıcı ifaçını doğum günü münasibəti ilə təbrik edib.
"Doğum günün mübarək olsun, əzizim Doğuş. Hər zaman uşaqlarının, ailənin, sevdiklərinin qürur mənbəyi olasan", deyə o, paylaşımında şərh yazıb.
Qeyd edək ki, bir müddət əvvəl türk mediasında Xoşqədəmlə Doğuşun boşanma qərarı aldıqları barədə xəbər yayılmışdı. Doğuş Xoşqədəmlə olan bütün fotolarını instaqram hesabından silib, eyni zamanda onu izləmədən çıxarıb. Onun İstanbula getdiyi bildirilib. Bundan başqa, Doğuş ötən həftə sonu Xoşqədəmlə birlikdə apardıqları "Günaydın, Azərbaycan" verilişinə də gəlməmişdi.
Doğuş bu gündən etibarən yenidən sosial media hesabında Xoşqədəmi izləməyə alıb və onunla olan paylaşımlarını geri qaytarıb.