Aytən Səfərova: “Məmura dedim ki, cəhənnəmə müsahibə ver” - VİDEO

4-07-2023, 09:54           
Aytən Səfərova: “Məmura dedim ki, cəhənnəmə müsahibə ver” - VİDEO
Aparıcı Aytən Səfərova açıqlaması ilə gündəmə gəlib.

Bizim.Media xəbər verir ki, aparıcı qonaq olduğu verilişlərdən birində illər əvvəl respondenti ilə yaşadığı qalmaqaldan danışıb.

Səfərova bildirib ki, məmurlardan biri ilə müsahibə etmək istəyərkən qarşı tərəf sərt şəkildə cavab verib:

“Bilmirəm, neçənci il idi... Məmurlardan birinə yaxınlaşıb söylədim ki, sizdən müsahibə almaq istəyirəm. Mən heç zaman mikrofonu uzadıb demirəm ki, filankəs müəllim. Məmur “Mən sənə müsahibə vermirəm. Get buradan!” cavabını verdi. Mən isə “pramoy” üzünə “Müsahibə vermirsən, cəhənnəmə ver” dedim. Sonradan eşitdim ki, həmin məmur deyib ki, mən Aytənin fanatıyam, əhvalsız idim, o xanımın üstünə hirsimi tökdüm və cavabı ilə məni ayıltdı. Münasibət məsələsi var. Jurnalist özünə hörmət etməsə, ona heç kim hörmət etməyəcək. Danışığın, eyni zamanda cavabın da tonu var. Sən hansı tonda deyirsənsə, o tonla da cavab alırsan”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru