Monika Belluççi Tim Börtonla ilk dəfə birlikdə görüntülənib - FOTO

4-07-2023, 12:24           
Monika Belluççi Tim Börtonla ilk dəfə birlikdə görüntülənib - FOTO
Aktrisa Monika Belluççi və rejissor Tim Börton Londonda görüş zamanı fotoqrafların obyektivinə tuş gəliblər.

58 yaşlı Belluççi və 64 yaşlı Börton Britaniya paytaxtının mərkəzindəki restorandan çıxarkən əl-ələ veriblər.

İlk dəfə cütlüyün münasibəti 2023-cü ilin martında ortaya çıxıb. İyunun sonunda aktrisa rejissorla görüşdüyünü təsdiqləyib.

“Nə deyim... Əvvəla, bu insanla tanış olduğum üçün şadam. Bu, həyatda nadir hallarda rast gəlinən tanışlıqlardan biridir. Mən bu adamı tanıyıram, onu sevirəm”, - Belluççi deyib.
Qeyd edək ki, Tim Börtonla münasibətdən əvvəl Monika Belluççi iki dəfə - fotoqraf Klaudio Karlos Basso və aktyor Vincent Kassellə evli olub. İkinci evliliyindən aktrisanın iki qızı var: 12 yaşlı Leoni və 18 yaşlı Deva.




Mənbə: gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru