Şəmkirə toya gələn Ebru Günellə eyni səhnəyə çıxmaq istəməyib - VİDEO

5-07-2023, 12:36           
Şəmkirə toya gələn Ebru Günellə eyni səhnəyə çıxmaq istəməyib - VİDEO
Xəbər verdiyimiz kimi, türkiyəli müğənni Ebru Gündeş Şəmkirdə toy məclisində yer alıb. Sözügedən tədbirdə illərdir Ebru ilə küsülü olan müğənni Günel Zeynalova da səhnəyə çıxıb.

Teref.az axşam.az-a istinadən bildirir ki, Ebrunun Günellə eyni məclisdə olması müzakirələrə səbəb olub. Bunun ardından Günel açıqlama yayaraq, eyni gündə səhnə almadıqlarını deyib.

Belə ki, Günel iki gün davam edən toyda Ebrunun onunla bir yerdə olmaq istəmədiyini açıqlayıb. Günel iyulun 3-də toyda yer aldığını vurğulayıb.

"Eşidib və eyni səhnədə olmaq istəməyib. Bizim səhnəmiz 3 iyulda idi" deyə, ifaçı paylaşımına yazıb.

Qeyd edək ki, Ebru Günel iş adamı Reza Zərrabla nişanlı olan ərəfədə onunla eşq yaşayıb. Daha sonra Ebru və Reza ailə qurub, bir neçə il əvvəl isə ayrılıblar.

Onların bu nikahdan bir qız övladı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru