Britni Spirsin basketbolçu ilə şəkil çəkdirməyi başına BƏLA OLDU
7-07-2023, 00:34
Dünya pop səhnəsinin ulduzu Britni Spirsin başına xoşagəlməz iş gəlib.
TMZ nəşri xəbər verir ki, sənətçi Veqasda basketbolçu Viktor Vembanyama ilə şəkil çəkdirmək istəyən zaman hücuma məruz qalıb.
Müğənni idman ulduzuna arxadan yaxınlaşaraq onun çiyninə sillə vurub. Bu anda Viktorun mühafizə xidmətinin direktoru dərhal reaksiya verib. O, sənətçini əlinin arxası ilə vurub və bu, Britninin yerə yıxılmasına səbəb olub.