"Mən bu zəif qələmlə yalnız "cızmaqaralar birliyinin" üzvü ola bilərəm"

7-07-2023, 12:18           
"Mən bu zəif qələmlə yalnız "cızmaqaralar birliyinin" üzvü ola bilərəm"
Şairə Nazilə Səfərli son paylaşımı ilə Əməkdar artist Elza Seyidcahana söz atıb.

TEREF.AZ yenisabah.az-a istinadla xəbər verir ki, ad çəkməsə də, onun bir neçə gün əvvəl Yazıçılar Birliyinə üzv seçilən sənətçinin bostanına daş atdığı məlum olub:

"Neçə gündür hamı soruşur: Yazıçılar Birliyinin üzvüsən? Xeyr... Mən bu zəif qələmlə yalnız "cızmaqaralar birliyinin" üzvü ola bilərəm. Elə qurum da ölkəmizdə yoxdur. Məni belə qəbul edirsiniz edin, etmirsiniz utandırmayın. Çox da ki, dörd kitabım var, sözlərimə otuza yaxın mahnılar bəstələnib. Əksər aşıqların sazındayamsa, bu, mənə hörmətdəndir. İnsan gərək öz ayıbına kor ola, uğurumdan çox qüsurum var.

Fəxr olunası heç nəyim olmadığına görə heç bir fəxri adım da yoxdur. Dövlət tədbirlərinə dəvət almıram.

Yaltaq şeirlər yazmıram. Nə mədəniyyət nazirini tanıyıram, nə də Yazıçılar Birliyinin sədrini. Yerim xalqın arasında, sözüm də sadə xalqın dilindədir. Oradan yuxarı pilləm yoxdur. Çox zəifəm, çox".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru