“Ebru Gündeşə Azərbaycanda cinayət işi açıla bilər” - AÇIQLAMA

7-07-2023, 12:28           
“Ebru Gündeşə Azərbaycanda cinayət işi açıla bilər” - AÇIQLAMA
Türkiyəli müğənni Ebru Gündeş barəsində cinayət işi açıla bilər.

TEREF.AZ bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında vəkil Əkrəm Həsənov müğənni Ebru Gündeşin Azərbaycanda dəvət aldığı toydan 250 min dollar qazanc götürməsinin hüququ tərəflərini izah edərkən deyib.

Vəkil bildirib ki, buna səbəb onun vergi ödənişindən yayınmasıdır:

"Vergi borcunu ödəməməsinə görə vergi orqanları ona faiz və cərimələr hesablaya bilər. Vergi borcundan əlavə faiz və cərimələri də ödəməli olacaq. Məhkəmə zamanı aşkar olunacaq ki, Ebru Gündeşin vergini ödəməməsində imkansızlıq deyil, məhz qərəz var. Müğənni bundan sonra deyə bilməz ki, pulum yoxdur”.

Vəkil bütün şəxslərin vergilərini ödəməli olduğunu vurğulayıb.

Qeyd edək ki, şəmkirli biznesmen oğlunun kiçik toy məclisinə türkiyəli müğənni Ebru Gündeşi gətirib. İddiaya görə, iş adamı müğənniyə 250 min manat qonarar ödəyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru