Madonna reanimasiyaya yerləşdirildi

8-07-2023, 12:18           
Madonna reanimasiyaya yerləşdirildi
Amerikalı məşhur müğənni Madonna həddindən artıq dozada narkotik qəbul etdiyi üçün xəstəxanaya yerləşdirilib.

Bu barədə Qərb mediasında xəbərlər dərc olunub.

Məlumata görə, müğənni Nyu-Yorkdakı mənzilində huşsuz vəziyyətdə tapılıb və ona təcili olaraq “Narcan” inyeksiyası vurulub ki, bu da həddən artıq narkotik qəbulu zamanı təcili hallarda istifadə olunan preparatdır. Eyni zamanda hadisə ilə bağlı rəsmi versiyada bildirilir ki, qeyd edilən preparat sənətçiyə bakterial infeksiyanın səbəb olduğu septik şokla mübarizə məqsədilə vurulub.
Xatırladaq ki, iyunun sonunda Madonnanın meneceri bildirmişdi ki, sənətçidə bakterial infeksiya aşkarlanıb və müğənninin etirazına baxmayaraq reanimasiyaya yerləşdirilib. Bir neçə gün sonra Madonna özünü yaxşı hiss edib və xəstəxanadan evə buraxılıb.

Mənbə: mk.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru