“TikTok”da ölümlə nəticələnən təhlükəli trend populyarlaşıb - VİDEO

10-07-2023, 14:43           
“TikTok”da ölümlə nəticələnən təhlükəli trend populyarlaşıb - VİDEO
“TikTok”da ölümlə nəticələnən tryuk populyarlıq qazanıb.

Yeni trendə əsasən istifadəçilər yüksək sürətlə hərəkət edən qayıqlardan və yaxtalardan dənizə tullanırlar. Xilasedicilər bildirirlər ki, bu fəndi betona tullanmaqla müqayisə etmək olar.

Artıq bu trend səbəbidən dörd nəfər faciəvi şəkildə həlak olub.

Məlum olan ilk hadisə fevral ayında Alabama ştatında baş verib. Kişi bu tryuku təkrarlamaq qərarına gəlib və ailəsi ilə istirahət edərkən qayıqdan tullanıb. Nəticədə o, öz uşaqlarının gözü qarşısında ölüb.

Əslində bu trend bir neçə ildir mövcuddur, lakin 2023-cü ilin əvvəlindən təhlükəli dərəcədə populyarlaşıb.

Mənbə: Mirror












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru