Dünyaşöhrətli aktyor kosmosda çəkilişlərə hazırlaşır

13-07-2023, 17:47           
Dünyaşöhrətli aktyor kosmosda çəkilişlərə hazırlaşır
“Mission: Impossible” filmlərinin ulduzu, dünyaşöhrətli aktyor Tom Kruz kosmosa uçmaq və Yer orbitində növbəti film layihələrindən birinin çəkilişlərində iştirak etmək niyyətindədir.

Modern.az kinonews.ru saytına istinadla xəbər verir ki, aktyor bu məlumatı Nyu-Yorkda “Mission: Impossible 7” ekran əsərinin premyerası zamanı təsdiqləyib: “Biz bu layihənin üzərində çox çalışırıq. İşin uğurlu alınacağına ümidimiz böyükdür. Görək necə bitəcək”.

ABŞ Kosmik Agentliyinin direktoru Cim Bridenstaynın verdiyi məlumata görə, layihə NASA tərəfindən hələ 2020-ci ildə elan edilib: “Bu, genişmiqyaslı layihədir, eyni zamanda belə işlərin görülməsi qürurvericidir. NASA Tom Kruz ilə Beynəlxalq Kosmik Stansiyada istehsal olunacaq bu cür iddialı və çətin başa gələn film üzərində əməkdaşlıqdan məmnundur”.

Xatırladaq ki, ilk belə layihəni Rusiya kinematoqafçıları ediblər. Onlar kino sahəsi üzrə tarixdə ilkə imza atmaq üçün orbitə çıxıblar. “Challenge” adlı irimiqyaslı layihə çərçivəsində aktrisa Yuliya Peresild və rejissor Klim Şipenko kosmosa göndərilmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru