"Niyə Bəhram Yazıçılar Birliyinə üzv seçiləndə etiraz etmədilər?"

17-07-2023, 10:34           
"Niyə Bəhram Yazıçılar Birliyinə üzv seçiləndə etiraz etmədilər?"
“Yazıçılar Birliyinə tək şairlər üzv olmur. Nə qədər savadsızdılar. Mənim də kitabım var. Bəhram Bağırzadə şairdir? Bakılılar haqda kitab yazır, oranın üzvüdür”.

KONKRET.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan “Səhərin səsi” verilişində deyib.

Müğənni Azərbaycan Yazıçılar Birliyinə üzv seçilməsini tənqid edənlərə cavab verib.

O bildirib ki, Əməkdar artist Bəhram Bağırzadə şair deyil, amma sözügedən birliyə üzvdür:

“Niyə Bəhram Bağırzadə Yazıçılar Birliyinə üzv seçiləndə etiraz etmədilər? Hamısı qorxudandır. Bilirlər ki, Elza olan yer canlanır. Bir şairin 22 kitabı var, deyir, başına “cürbəcür şeylər qoyursan”. Cürbəcür nədir? Onda əti qaynadaq qoyaq stola? Bir toyuqdan neçə cür yemək hazırlayırıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru