Rusiyada “Hamı öləcək, mən isə qalacağam” filminin ulduzu intihara cəhd edib - FOTO

18-07-2023, 13:34           
Rusiyada “Hamı öləcək, mən isə qalacağam” filminin ulduzu intihara cəhd edib - FOTO
Rusiyanın məşhur aktrisası, “Hamı öləcək, mən isə qalacağam” filminin ulduzu Olqa Şuvalova intihara cəhd edib.

Aktrisa Moskvada xəstəxanaya yerləşdirilib.

37 yaşlı aktrisa zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. O, intihara cəhd etdiyini etiraf edib. Həkimlər hazırda Şuvalovanın həyatı üçün mübarizə aparırlar.

Qeyd edək ki, Şuvalova “Birgə” Beynəlxalq Televiziya Film Forumunda “Təbiət və sağlamlıq” filmindəki roluna görə “Ən yaxşı ikinci plan aktrisası”, Avropa Kinolarının Brüssel Film Festivalında isə “Hamı öləcək, mən isə qalacağam” filminə görə “Ən yaxşı aktrisa” nominasiyasında mükafata layiq görülüb.
O, bundan başqa, “Milli təhlükəsizlik agenti”, “Xüsusi təyinatlılar”, “Sınıq fənərlər küçəsi” kimi məşhur seriallarda və “Ağlın labirintləri”, “İtalyan”, “Pik saatı”, “Mənim xoşbəxtlyim” kimi bədii filmlərdə rol alıb.



Mənbə: “BAZA” “Telegram” kanalı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru