Rusiyalı məşhur model məsciddə - FOTO

18-07-2023, 15:20           
Rusiyalı məşhur model məsciddə - FOTO
İslam dinini qəbul edən rusiyalı model Anastasiya Reşetova Qüdsdə məşhur məscidi ziyarət edib.

Publika.az xəbər verir ki, 27 yaşlı model məsciddən həm fotolar paylaşıb, həm də təəssüratlarını bölüşüb. O bildirib ki, bura girmək üçün başını örtməli olub.

"Qübbətüs-Səxrə məscidi və Əl-Əqsa abidəsi köhnə şəhərin mərkəzində yan-yana yerləşir. Bura yalnız müsəlmanların, zəvvarlar və ya sadəcə min illik tarixə malik bu yerləri öz gözləri ilə görmək istəyənlərin daxil olmasına icazə verilir. Əraziyə daxil olmaq üçün mən düzgün geyinməli idim və girişdə mühafizəçilər adətən “Fatihə”ni oxumağı xahiş edirlər. Məkkədəki Əl-Həram məscidi və Mədinədə Peyğəmbər məscidindən sonra müsəlmanlar üçün üçüncü ziyarətgah Qübbətüs-Səxrə məscididir. Mən Qübbətüs-Səxrədə kifayət qədər çox vaxt keçirdim. Çünki çox sakitdir... Tamamilə xüsusi bir yerdir", - model yazıb.

Qeyd edək ki, Reşetova tanınmış reper Timatinin həyat yoldaşı olub. Onların bu nikahından bir oğlu var. O, ulduzdan boşandıqdan sonra İslam dinini qəbul etdiyini açıqlayıb.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru