“Maşınım belə yoxdur…” - Məşhur şoumen

20-07-2023, 17:54           
“Maşınım belə yoxdur…” - Məşhur şoumen
“Mən daşınmaz əmlak alan adam deyiləm. Biz dost qazanırıq, dostluğa ehtiyacımız var. Torpaqdan, maşından mənə nə? Mənim maşınım belə yoxdur…”

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri yutub platformasında yayımlanan “Nə olursan ol, rahat ol” proqramında qonaq olan tanınmış şoumen Ata Demirer bildirib.

O, mal-mülkə əhəmiyyət vermədiyini, ən böyük şansının isə nə istədiyini bilməsi olduğunu söyləyib: “Mən böyük şeyləri sevmirəm. Heç maşınım da yoxdur, bir qayığım və zeytun bağım var”.

Həmçinin arıqlaması ilə diqqət çəkən Demirer buna həkim məsləhəti ilə nail olduğunu söyləyib: “Bir dostum mədəsindən əməliyyat olundu. Həkim dedi ki, çörək yeməsin. Səhər yeməyi üçün sadəcə bir dilim məsləhət görüb, nahar və şam yeməyində isə tövsiyə etməyib. Mən də eyni taktikadan istifadə etdim. Gündə bir saat ya üzdüm, ya da piyada gəzdim”.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru