Kianu Rivzin qrupu 23 ildən sonra ilk dəfə yeni albom təqdim edəcək – FOTO/VİDEO

21-07-2023, 14:08           
Kianu Rivzin qrupu 23 ildən sonra ilk dəfə yeni albom təqdim edəcək – FOTO/VİDEO
Əslən kanadalı aktyor Kianu Rivzin “Dogstar” adlı musiqi qrupu 23 ildən sonra ilk dəfə olaraq yeni albom buraxacağını elan edib.

Qrup həmçinin “Every Turns Around” sinqlı və onu müşayiət edən videoklipin işıq üzü görəcəyini bildirib.

Kollektivin yeni albomu “Somewhere Between the Power Lines and Palm Trees” adlanır. Onun buraxılışı oktyabrın 6-na təyin edilib.

Qrupun rəsmi bəyanatında həmçinin bildirilib ki, “Dogstar” avqustun 10-dan etibarən Şimali Amerika və Yaponiyaya 25 gündən çox davam edəcək qastrol səfərinə çıxacaq.
Qeyd edək ki, “Dogstar” 1991-ci ildə Kianu Rivzin ilə Robert Meylhausun supermarketdə tanış olmasından sonra qurulub. Sonradan iki məşhur dost olublar.




Mənbə: lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru