“TV8”in rəhbəri Acun İlıcalı Bakıya gələcək. Bakupost.az xəbər verir ki, o, oktyabrın 22-də Bakı Konqres Mərkəzində sevənləri ilə görüşəcək. “Peki, ben nasıl başardım?” adlı gecədə Acun iş həyatındakı uğurlardan danışacaq. Televiziya ulduzu müvəffəqiyyətin sirləri, uğur əldə etməyin yolları və şəxsi inkişaf mövzularında çıxış edəcək.