“Grammy” mükafatçısı olan məşhur müğənni restoranda huşunu itirdi - FOTO

26-07-2023, 14:33           
“Grammy” mükafatçısı olan məşhur müğənni restoranda huşunu itirdi - FOTO
“Grammy” mükafatçısı, ABŞ-dən olan 30 yaşlı müğənni Tori Kelli təcili xəstəxanaya yerləşdirilib.

O, Los-Ancelesdəki restoranlardan birində dostları ilə şam yeməyi zamanı özünü pis hiss edib. İfaçının ürək döyüntülərinin sayı artıb, bundan sonra o, huşunu itirib. Müğənni dərhal xəstəxanaya aparılıb. Müayinə zamanı həkimlər onun ayaqlarında, ağciyərlərində və ehtimal ki, ürəyində tromboz olduğunu aşkarlayıblar. İfaçı reanimasiya şöbəsinə yerləşdirilib.

Yaxınlarının sözlərinə görə, Kellinin vəziyyəti ağırdır.

Qeyd edək ki, “I'll Find You”, “Herself”, “Hiding Place”, “Never Alone”, “Together” kimi bir sıra məşhur mahnıların ifaçısı olan Kelli 2019-cu ildə “Ən yaxşı yeni ifaçı” kimi “Grammy” mükafatını alıb.

Mənbə: TMZ












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru